sehiyye.info

Apteklərdə “Parasetamol” tapılmır – Səbəb

Apteklərdə “Parasetamol” tapılmır – Səbəb
Paytaxt apteklərində “Parasetamol” tapmaq müşkülə çevrilib.

Bu barədə Axar.az apteklərdə keçirdiyi sorğu nəticəsində məlumat əldə edib. Apteklərdən bildirilib ki, son günlər tibbi spirt və tibbi maska ilə yanaşı, “Parasetamol” həbləri də çox alınır. Bu səbəbdən sözügedən dərman preparatını tapmaq olmur.

Aptek satıcısının sözlərinə görə, “Parasetamol”la yanaşı, vitaminlərə (C vitamininə) tələb çoxalıb.

“Parasetamol”un son günlər çox alınan dərmanlardan olmasının səbəbi isə koronavirusdan qorunmaq üçün həkimlərin o həblərdən istifadəsi ilə bağlı tövsiyələridir. Həmçinin tibb üzrə professor Adil Qeybulla da saytımıza verdiyi açıqlamada hərarət qalxacağı halda qeyri-steroid ağrıkəsicilərdən deyil, “Parasetamol” həblərindən (500 mg - gündə 2 dəfə) istifadə etməyi məsləhət görmüşdü. Həkim həmçinin “Sink” (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə, yemək vaxtı) qəbul etməyi tövsiyə etmişdi.

Qeyd edək ki, elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir.



REKLAM