“Azərsutikinti” xəstəxanasında nə baş verir?

Nizami Tibb Mərkəzi “Azərsutikinti” xəstəxanasının bağlanması və oradakı tibb işçilərinin işsiz qalması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Sehiyye.info xəbər verir ki,Mərkəzdən Lent.az-a bildirilib ki, sözügedən xəstəxananın hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub. Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.
Qeyd edək ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.