sehiyye.info

Azərsutikinti xəstəxanasında etiraz aksiyası - FOTO

Azərsutikinti xəstəxanasında etiraz aksiyası - FOTO
Bakı xəstəxanasında etiraz aksiyası keçirilib.

Azərforum Bakivaxti.az-a istinadən xəbər verir ki, “Azərsu-tikinti” xəstəxanasında keçirilən aksiyada həkimlərlə yanaşı xəstələr də iştirak ediblər.

Aksiyaçılar xəstəxananın fəaliyyətinin dayandırılmasına etiraz ediblər.

“Nizami Tibb Mərkəzi” PHŞ-dan bildirlib ki, hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis, o cümlədən 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub .

Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər. Qeyd edək ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.



REKLAM