sehiyye.info

Balıq yağı hansı xəstəliklərdən qoruyur-Dietoloqdan açıqlama

Balıq yağı hansı xəstəliklərdən qoruyur-Dietoloqdan açıqlama
Rusiyalı dietoloq Yekaterina Mixaylenko balıq yağının müntəzəm istifadəsi ilə orqanizmdə baş verəcək dəyişikliklər barədə RİA Novosti-yə danışıb.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,o, balıq yağının A və D vitaminləri, omeqa-3 yağ turşuları ilə zəngin olduğunu qeyd edib.
"A vitamini dərimizin gəncliyi, toxunulmazlığı və göz sağlamlığını qorumaq üçün lazımdır. D vitamini çatışmazlığı sümüklərdə kalsium və fosfor mübadiləsinin pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində osteoporozun inkişaf riskini artırır", - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, balıq yağının ən yaxşı mənbələri dərin dənizlərdə yetişdirilə bilən və ya təbiətdə ovlana bilən siyənək, halibut, skumbriya, qızılbalıq, tuna və treskadır.
"Eyni zamanda treska balığı yağında A və D vitaminləri iki dəfə çoxdur. Tərkibində kalium, maqnezium və fosfor da var. Amma yüksək kalorili olduğuna görə balıq ciyərini orta səviyyədə istehlak etmək lazımdır", - diyetoloq bildirib.



REKLAM