D vitamini çatışmazlığı bir çox xəstəliklər yaradır.
Sümük və əzələlərin sağlamlığı üçün lazım olan D vitamini immunitet sistemini də gücləndirir. Bunlarla yanaşı, hipertoniya, ürək xəstəlikləri və bəzi xərçəng xəstəliklərindən müdafiə edir.
Heyvan və bitki mənşəli D vitamini incə bağırsaqda sorulub qana keçir. Yağda əridiyi üçün öd duzlarına ehtiyac hiss edilir. Bu səbəbdən də öd axının azaldığı qaraciyər xəstəliklərində D vitmamini sorulması azalır. Buna görə də, qaraciyər-öd kisəsi xəstələrinin D vitamininə ehtiyacı daha çoxdur. "A vitamini D vitamininin aktivasiyasını təmin edir. A vitamininin çoxluğu isə D vitamininin aktivasiyasını azaldır. Bu səbəblə şüursuz A vitamini istifadə edilməməlidir. Bəzi balıq- qaraciyər yağlarında A vitamini modul olaraq D vitaminindən 150-12000 qat daha çoxdur. Bu vəziyyətə diqqət yetirilmədən daha yüksək D vitamini qəbul etmək məqsədi ilə balıq -qaraciyər yağı istifadə etmək orqanizm üçün zərərlidir. Balıq yağı isə rahatlıqla istehlak edilə bilər. Çünki balıq yağında, balıq qaraciyər yağından fərqli olaraq o qədər D vitamini və A vitamini yoxdur".
Dvitamini çatışmayan insanlarda,həm də əsəbilik,nevroz kimi xəstəliklər də yarana bilir.