sehiyye.info

3 həftəlik körpə koronavirusdan öldü

3 həftəlik körpə koronavirusdan öldü
Daha çox uşağın yoluxduğu və tibbi yardıma ehtiyacı olduğu vurğulanıb.
Qətərdə 3 həftəlik körpə dünyasını dəyişib.

Sehiyye.info“ dohanews.com”a istinadla xəbər verir ki, bu barədə Qətər Xalq Sağlamlığı Nazirliyi (MSN) məlumat yayıb. Nazirlik körpənin ölüm səbəbinin koronavirus olduğunu açıqlayıb.

Körpənin başqa məlum tibbi və ya irsi xəstəliklərin olmadığı bildirilib. Nazirlik Covid-19 epidemiyasının yeni dalğasında gənclərin yaşlılara nisbətən ciddi risk altında olduğunu bildirib.

Əvvəlki dalğalarla müqayisədə indi daha çox uşağın yoluxduğu və tibbi yardıma ehtiyacı olduğu vurğulanıb.

Qeyd edək ki, keçən il Qətərdə 11 yaşlı uşaq da koronavirusdan ölüb. Bu hadisə isə Qətərdə ikinci belə haldır.//olke.az



REKLAM