Qətərdə qadınlar təyyarədən endirildi və zorla soyundurulub müayinə edildi.
![]()
Doha hava limanının tualetində yeni doğulmuş bir körpə tapıldıqdan sonra Avstraliyanın Sidney şəhərinə yola düşən bir Qatar Airways təyyarəsinin qadın sərnişinləri transfer təyyarəsindən endirildi və zorla soyundurularaq ginekoloji müayinədən keçirildi.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Avstraliya Xarici İşlər Naziri Marise Payne, Qətərin paytaxtı Doha'daki Hamad Beynəlxalq Hava Limanında Sidneyə gedən 13-ü Avstraliyalı olan qadın sərnişinlərin, onların razılığı olmadan və izahatı olmadan məcburi bir ginekoloji müayinəsindən keçməli olduqlarını söylədi.
Bu hadisə çoxlarının xoşuna gəlməyib.Hətta Təyyarədə olan sərnişinlər arasında vəkil qadın bunun insan haqqlarına zidd olduğunu söyləyib.
Lakin körpənin sağlam və təhlükəsiz olduğunu, ancaq kimə məxsus olduğu müəyyənləşdirilmədiyini açıqlayan Doha Hamad Beynəlxalq Hava Limanı rəsmiləri 'ananın sağlamlığı ilə əlaqədar narahatlıqlarını bildirdilər. Hava limanından çıxmazdan əvvəl tapılmalı olduqlarını söyləyən həkim qrupu' tərəfindən qadınlara qarşı davranışlarına haqq qazandırdı.![]()