sehiyye.info

Dünyada bir ilk: Koronavirusa qarşı anticisimləri olan körpə doğulub

Dünyada bir ilk: Koronavirusa qarşı anticisimləri olan körpə doğulub
ABŞ-ın Florida ştatında hamiləlik dövründə koronavirusa qarşı peyvəndin ilk dozasını vurduran tibb işçisi COVID-19-a qarşı anticisimləri olan körpə dünyaya gətirib. Elm adamlarının sözlərinə görə, bu elmə məlum olan ilk hadisədir.

Bu barədə WPBF telekanalı xəbər yayıb.


Pediatrlar Pol Gilbert və Çad Rudnik bildiriblər ki, qadın 36 həftəlik hamilə olarkən "Moderna" peyvəndinin ilk dozasını vurdurub. Üç həftə sonra onun qızı dünyaya gəlib. Bundan sonra mütəxəssislər ondan qan testi götürüblər.

"Anticisimlərin anadan körpəyə keçib-keçmədiyini yoxlamaq üçün körpənin göbəkbağını yoxladıq", - deyə pediatr Gilbert bildirib. Onun sözlərinə görə, nəticədə uşağın COVID-19-a qarşı anticisimləri olduğu aşkarlanıb.

"Bildiyimiz qədəri ilə, peyvənddən sonra anticisimli körpənin dünyaya gəlməsi dünyada ilk hadisədir", - deyə o vurğulayıb.

Pediatr Rudnik isə yaxın aylarda peyvənd vurdurmuş analar tərəfindən minlərlə körpənin dünyaya gələcəyini deyib.//sonxeber

Bununla belə, elm adamları hamiləlik dövründə SARS-CoV-2 peyvəndinin təhlükəsizliyini və effektivliyini yoxlamağın lazım olduğunu bildiriblər.



REKLAM