sehiyye.info

Dünyada ilk,donuz ürəyi insana köçürülüb.

Dünyada ilk,donuz ürəyi insana köçürülüb.
Dünyada ilk dəfə genetikası dəyişdirilmiş donuz ürəyi insana koçürülüb.
Üç gün əvvəl ürəyin köçürüldüyü 57 yaşlı amerikalı David Bennett-in özünü yaxşı hiss etdiyi bildirilir.
Əməliyyatdan sonra nə qədər yaşayıb-yaşamayacağı bəlli olmasa da, bu, onun həyatını xilas etmək üçün son ümid olub.
Vəziyyəti çox ağır olduğu üçün ona insan ürəyinin köçürülməsi nəzərdə tutulmayıb.
Cərrah Bartley Griffith bildirib ki, bu köçürmə dünyanı "orqan çatışmazlığı böhranını həll etməyə daha bir addım yaxınlaşdıracaq".//BBC



REKLAM