sehiyye.info

İnstaqramda ayaq tutub yeriyən ucuz botokslar nədir? - Kosmetoloq danışdı

İnstaqramda ayaq tutub yeriyən ucuz botokslar nədir? - Kosmetoloq danışdı
Xanımlar üzlərində yaranan xırda qırışlardan qurtulmaq üçün hər zaman botoksa müraciət ediblər. Hazırda ölkəmizdə müxtəlif qiymətə botoks və digər proseduralar edən kosmetoloqlar mövcuddur. Son günlər isə sosial şəbəkələrdə botoksu 60, 70, hətta 50 manata belə edən, üstündə hədiyyə proseduralar qoyan kosmetoloqların sayı isə artıb. İnsanları isə maraqlandıran bir məqam var: nə üçün bir kosmetoloqun 180-200 manata etdiyi botoksu, digəri 50 manata təqdim edir?

Sehiyye.info xəbər verir ki,üzə vurulan bu botoksların hər birinin tərkibi eyni deyil. Onlar keyfiyyətinə görə kateqoriyalara bölünür. Amma hazırda ayaq tutub yeriyən 50-60-70 manatlıq hədiyyəli botokslar isə ümumiyyətlə, üz dərisi üçün nəzərdə tutulmayıb.

Məsələ ilə bağlı peşəkar həkim-kosmetoloq Sevinc Əskərovaya müraciət ünvanladıq. Sevinc Əskərova bununla bağlı suallarımızı cavablandırıb.

- Kosmetoloqların prosedurlara qoyduğu bu qiymət fərqi nədən irəli gəlir?

- Qiymətlərin bu dərəcədə fərqli olması pasientləri çox maraqlandırır. Bu da şübhələr yaradır: niyə bunlar ucuz, başqası baha edir? İlk əvvəl keyfiyyəti nəzərə almaq lazımdır. Keyfiyyətli preparat bahadır. Əlbəttə, kosmetoloq proseduru ucuz edirsə, demək, preparatı da ucuz alıb. Keyfiyyətsiz preparatlarla bağlı şirkətlər cavabdehdi. Həkimin əl işindən çox şey asılıdır. Əgər kosmetoloq özünə güvənirsə və əmindir ki, etdiyi prosedur gələcəkdə bir problem yaratmayacaq, onda baha qiymət qoyur. Əl işindən əmin olmayanlar isə ucuz qiymətə edir.//axsam.az



REKLAM