sehiyye.info

Korona “dərmanı” Bakıda 200 manata satılır – SN-dən reaksiya

Korona “dərmanı” Bakıda 200 manata satılır – SN-dən reaksiya
Ümumiyyətlə, apteklərin təlimatı Səhiyyə Nazirliyində deyil. Onların təlimatı “Zəfəran” Apteklər Şəbəkəsindədir. Səhiyyə Nazirliyi koronavirusla əlaqədar olan dərmanlarla bağlı siyahını ictimiyyətə təqdim edib və həmin dərmanlar satış üçün deyil.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Nazirlikdən qeyd edilib ki, paytaxtda bəzi apteklərdə qiyməti 200 manata təklif olunan və koronavirusun müalicəsində istifadə edildiyi bildirilən “Favipiravir” adlı dərmanların adıçəkilən qurumla əlaqəsi yoxdur:

“Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahıda Vitamin C, Vitamin D3, “Maqnezium”, “Sink”, “Selen” və “Parasetamol” kimi preparatlar daxildir. Bu preparatlar da ev şəraitində müalicə alan və qeydiyyatda olan xəstələr üçün pulsuz çatdırılır. Ümumiyyətlə, dərmanların qiymətini də Səhiyyə Nazirliyi müəyyənləşdirmir. Aidiyyəti üzrə bu məsələyə Tarif Şurası baxır”.

Qeyd edək ki, Musavat.com Çindən gətirilən “Favipiravir” dərmanının (200 mq-lıq) “qiymətinin 180-200 manata satıldığı haqda məlumat yayıb.//Axar.az



REKLAM