sehiyye.info

Rusiyada “omikron” ştamını dərhal müəyyən edən test işlənib hazırlanıb

Rusiyada “omikron” ştamını dərhal müəyyən edən test işlənib hazırlanıb
Rusiya Elmlər Akademiyası Sibir bölməsi Kimya Biologiyası və Fundamental Təbabət İnstitutunun (KBFTİ) mətbuat xidməti bildirib ki, Rusiyada eyni zamanda həm koronavirusun genetik materialının mövcudluğunu aşkar edən, həm də onun “omikron” ştamına aid olub-olmadığını müəyyən edən test-sistem işlənib hazırlanıb. AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, testə, ənənəvi PZR-diaqnostikası ilə eyni vaxt tələb olunur, lakin bununla belə nəticədə tibb işçiləri iki dəfə çox məlumat əldə edə biləcəklər.

“Test sisteminin yaradıcıları ümid edirlər ki, onlar çox yaxın vaxtlarda tibbi məhsul üçün qeydiyyat şəhadətnaməsi ala biləcəklər”, - deyə institutun mətbuat xidmətindən bildiriblər. Vurğulanır ki, koronavirusun “omikron” variantı onun əvvəlki ştamlarından dəfələrlə daha sürətlə yayılır, ona görə də onun vaxtında aşkar edilməsi xüsusilə vacibdir. Koronavirusun “omikron” ştamı çoxlu sayda mutasiyaları ilə digərlərindən fərqlənir, bu da potensial olaraq onu mövcud vaksinlərə daha dayanıqlı edir. Bəzi ekspertlərin fikrincə, uşaqlar bu ştama aktiv şəkildə yoluxur".

"Test sistemi yaradılarkən alimlər SARS-CoV-2 “omikron” ştamının genomunun dəyişən hissəsini təkrarlayan sintez edilmiş ardıcıllıqla işləyiblər. Qiymətləndirmələrə görə yaradılmış test sisteminin həssaslığı yüksəkdir", - deyə mətbuat xidmətindən bildirilir.

Ehtimal olunur ki, test sistemindən epidemiya əleyhinə təhlükəsizliyin təmin edilməsi üçün istifadə olunacaq. Analiz üçün material insanın burun-ağız boşluğundan götürülən yaxmadır.



REKLAM