sehiyye.info

Yatmazdan əvvəl nə yemək olar?

Yatmazdan əvvəl nə yemək olar?
Sizə axşam saatlarında yeyilə bilən məhsulların siyahısını təqdim edirik
Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl qəbul olunmalıdır. Bu zaman diyetoloqlar artıq çəki yığmamaq üçün zülallarla zəngin olan məhsulları istehlak etməyi tövsiyə edir.

Zülallar karbohidratlardan fərqli olaraq orqanizmdə piyə çevrilmir və həmçinin metabolizmi sürətləndirir ki, bu da bədən çəkisini normada saxlamağa kömək edir.

Sehiyye.info saglamolun.az-a istinadən sizə axşam saatlarında yeyilə bilən məhsulların siyahısını təqdim edir:

— kəsmik, təbi yoqurt, kefir

— yağlılığı az olan pendir

— bişmiş balıq

— bişmiş toyuq filesi

Həmçinin mütəxəssislər bu kimi qidalar da icazə verir: yulaf yarması ("gerkules") sıyığı, bir neçə əncir qurusu və ya xurma, tərəvəz salatı. Sadaladığımız bu məhsullar, həmçinin bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlikdən azad edir.

Məktəb yeməkxanasında şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan

Yatmazdan 30 dəqiqə əvvəl 1 stəkan su içməyi unutmayın. Bu orqanizmi təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, dərini daha təmiz və cavan edir, infarkt və insultun riskini azaldır.

Yatmazdan əvvəl çay, qəhvə, şirin qazlı içkilər (kola, pepsi) içmək olmaz. Onların tərkibində kofein maddəsi var ki, bu maddə sinir sisteminə qıcıqlandırıcı təsir edir və həmçinin sidikqovucu təsirə malikdir ki, bunlar rahat yuxuya mane olacaq.



REKLAM