Bu qidaları yeyin ki, yuxunuz daha şirin olsun…
Alimlər insanların gecə ac yatmalarının çox yemək qədər zərərli olduğunu bildirirlər. Aparılan araşdırmalar göstərib ki, yatmazdan öncə aşağıda göstərilən qidalardan istifadə etmək məsləhətlidir.
Qatıq
Dietoloqların iddialarına görə, qatıq gecə yeyilə biləcək möhtəşəm qidalardandır. Qatıq, həmçinin həzmi asanlaşdırır və artıq çəkini atmaqda kömək edir.
Banan
Gecə banan yemək də sizin hissini yatıracaq və mədədə olan narahatlığı aradan qaldıracaq. Həmçinin, banan həzmi sürətləndirir və gecə rahat yatmağa kömək edir.
Badam
Badam maqneziumla zəngin olan çərəzdir. Maqnezium yuxu keyfiyyətini artırdığı kimi, sümükləri də gücləndirir. Aparılan araşdırmalar göstərib ki, bədəndə maqnezium azaldığı zaman yuxuya getmək prosesidə çətinləşir.
Albalı şirəsi
Gecə yatmazdan əvvəl bir stəkan albalı şirəsi içmək aclıq hissinizi aradan qaldıracaq və gecəni rahat yatmaqda sizə kömək edəcək.
Tərəvəzlər
Tərəvəz və meyvələr yatmazdan əvvəl ac olanlar üçün əsl qurtuluşdur. Əsasən də yaşıl tərəvəzlərin gecə yeyilməsi məsləhətdir. Məsələn, kələm həm toxluq yaradır, həm də artıq çəkidən azad olmağa kömək edir.
Yulaf yarması
Yatmazdan əvvəl bir kasa südlü yulaf yarması yemək qanda karbohidrat və kalsiumu artıraraq yaxşı yatmağa kömək edəcək.
Bal
Balda olan təbii şəkər insulinin səviyyəsini yüngülcə artırır və triptofanın beynə daha asan daxil olmasına şərait yaradır. Yatmazdan əvvəl bir qaşıq bal yemək və ya bu balı çobanyastığı çayına əlavə etmək daha rahat yatmağa kömək olacaq.