Ən ucuz və effektli pəhriz
Kələm ən azkalorili tərəvəzlərdən biridir. 100 qr ağ kələminin enerji dəyəri yalnız 26 kkal təşkil edir. Eyni zamanda kələm qidalı liflər, C vitamini və tartron turşusu ilə zəngindir.
Qidalı liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, C vitamini və tartron turşusu ilə piylərin parçalanması prosesini sürətləndirir.
Kələm pəhrizinin əsas qaydalarını sizə təqdim edir:
- Gün ərzində 1,5-2 l adi su için
- un məulatları, şirniyyatlar, spirtli içkilər, meyvə şirələri, şirin qazlı içkilər rasiondan çıxarılır
- yaşıl çay, qəhvə (şəkərsiz) içə bilərsiniz
- pəhrizin müddəti 1 həftədir.
Rasion:
1. Səhər yeməyi yoxdur - su, yaşıl çay və ya qəhvə içə bilərsiniz.
2. Nahar - az miqdarda zeytun yağı və limon şirəsi əlavə olunmuş kələm və kök salatı, 150 qr bişmiş toyuq və ya balıq filesi (yağsız ət də ola bilər). Növbəti gün kələmi pörtlətmək və ya buğda bişirmək olar.
3. Şam yeməyi - istənilən tərəvəz və göyərtilərlə kələm salatı, 1 yumurta.
4. Yatmazdan 1 saat əvvəl yarım ç.q. darçın əlavə olunmuş qatıq.
Gün ərzində acanda kələm yeyə bilərsiniz.