sehiyye.info

Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanıld;

Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanıld;
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Şəki şəhər sakini, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş İradə Musayeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, İ.Musayeva Zaqatalada altı nəfər şəxsin etibarından sui-istifadə edərək ümumilikdə onların 90 min manat pulunu mənimsəyib. Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək, pensiya təyin etdirmək və sosial ev tikdirmək vədləri verərək aldadıb.

Həmçinin, İ.Musayeva zərərçəkmişə özünü nazirliklərdən birinin əməkdaşı kimi təqdim edib və xarici ölkə universitetini bitirən tələbənin diplomunu təsdiq etdirəcəyi adı ilə aldadıb, onun 7 500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs ifadəsində respublikanın digər şəhər və rayonlarında da analoji cinayət əməlləri törədərək külli miqdarda pul mənimsədiyini etiraf edib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102” Xidməti Zəng Mərkəzinə, eləcə də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.



REKLAM