sehiyye.info

Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb

Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Sehiyye.info xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verilən məlumata görə, Astara rayonunun Artupa kənd sakini Azər Həmidova Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və şəhər ərazisindəki mağazalardan birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb. Covid-19 infeksiyasının daşıyıcısı olan A.Həmidovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.//olke.az



REKLAM