sehiyye.info

56 gün ərzində 2-ci dozanı vurdurmaq olar - İnfeksionist

56 gün ərzində 2-ci dozanı vurdurmaq olar - İnfeksionist
“Bu gün üçün bütün peyvəndlərin iki dozasının vurulması mütləqdir”.

Sehiyye.info xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, tövsiyə olunan ikinci doza üçün 28 gün aralığıdır: “Bəziləri bu vaxt ərzində peyvəndi vurdura bilmir. Onlar 56 gün ərzində vurdura bilərlər. Bu, tibbi cəhətdən ziyan deyil. Sistemdə də bu müddətə icazə verilir”.



REKLAM