sehiyye.info

İkinci doza qəbulunda fərqli vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama

İkinci doza qəbulunda fərqli vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama
Ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə yeni peyvəndlərin tətbiqinə başlanması vətəndaşlar arasında bəzi suallar yaradıb. Məsələn, sual olunur ki, birinci dozanı "Sinovak" peyvəndindən alan şəxslər ikinci dozanın qəbulu zamanı fərqli vaksin qəbul edə bilərmi?

Sehiyye.infonun məlumatına görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, ölkəmizə yeni gətirilən "AstraZeneca" və "Sputnik-V" peyvəndləri fərqli təsirə malik olduğu üçün vaksinləri qarışdırmaq olmaz.

O hesab edir ki, peyvəndlərin qarışdırılması koronavirusa qarşı müqaviməti gücləndirmir, əksinə, effektivliyi aşağı salır. Eyni dozanı vurduran şəxslər isə virusdan özlərini daha yaxşı qoruya bilirlər.

Vətəndaşlar üçün aydın olmayan məsələlərdən biri də "Sinovac" peyvəndinin hər iki dozasını vurduranların sonradan fərqli peyvəndi qəbul edib-edə bilməyəcəyi ilə bağlıdır.

Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, "Sinovac" vaksininin hər iki dozasını qəbul edən şəxslər 6 ay sonra yeni peyvəndlər üçün müraciət edə bilərlər.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

(Xəzərxəbər)



REKLAM