sehiyye.info

Təzyiq ölçərkən bunu qətiyyən etməyin - XƏBƏRDARLIQ

Təzyiq ölçərkən bunu qətiyyən etməyin - XƏBƏRDARLIQ
"Tonometrlə təzyiqi ölçərkən kobud səhv manjetin sıx bərkidilməsidir".

Sehiyye.info xəbər verir ki, bunu teleaparıcı və həkim Aleksandr Myasnikov "Rossiya 1"in efirində deyib.

"Manjeti həddindən artıq sıxarsanız, təzyiqiniz real olandan daha çox olacaq", - deyə aparıcı vurğulayıb.

Myasnikov, təzyiqi ölçmək üçün ən doğru cihazın civəli tonometr olduğunu da qeyd edib:

"Saatlar, qolbaqlar və oxşar funksiyaya malik digər qurğular dəqiqliyi baxımından ondan xeyli aşağıdır. Avadanlıq nə qədər rahat olsa, bir o qədər etibarlı deyil".

Myasnikov bundan öncə kemoterapi dərmanlarının ürək üçün böyük təhlükə yaratdığını demişdi.//publika



REKLAM