Myasnikovdan ŞOK AÇIQLAMA: "Dünya daha təhlükəli epidemiyanın əsiridir"
"Dünya özü də bilmədən başqa bir epidemiyanın əlində əsirdir. Bu, koronavirusdan daha təhlükəli olan piylənmədir".
Sehiyye.info xəbər verir ki, bunu tanınmış rus həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalının efrində deyib.
"İl ərzində COVID-19-un ömrünə son qoyduğu 1,5 milyon insanla yanaşı, 10 milyon adam da aclıqdan ölüb. Daha maraqlısı budur ki, piylənmənin yaratdığı problemlərdən ölənlərin sayı 20 milyondan çoxdur", - mütəxəssis bildirib.
Həkimin sözlərinə görə, dünya əhalisinin 40%-dən çoxu artıq çəkidən əziyyət çəkir.
Myasnikov vurğulayıb ki, piylənmə sonradan diabet, infarkt, insult və onkoloji xəstəliklərə səbəb olur. Koronavirusla müqayisədə, həkimin fikrincə, piylənmənin ölüm göstəricisi daha yüksəkdir.
Köklüyə meyllilik valideynlərdən də qaynaqlana bilər. Myasnikov deyir ki, əgər ailədə valideynlərdən birində bu cür problem varsa, o zaman uşaq ömrü boyu kökəlməyə meylli olacaq. Daha bir amil anada diabetin olmasıdır.//publika