Səhiyyə eksperti: “İnsan COVID-19 keçirib peyvənd olunursa, immun sistemi daha da güclənir”
“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Bir müddət keçdikdən sonra peyvənd olunması tövsiyə edilir”.
Arasdırma.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.
O bildirib ki, peyvəndin vaxtında vurdurulması daha məqsədəuyğundur:
“Əgər şəxs COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa, onun immun sistemi daha da güclənir”.//oxu.az