sehiyye.info

Bizə vurulan vaksinin tərkibi nədir? - RƏSMİ ŞƏXS AÇIQLADI

Bizə vurulan vaksinin tərkibi nədir? - RƏSMİ ŞƏXS AÇIQLADI
“Azərbaycan koronavirusla bağlı mübarizə tədbirlərinə başlayanda peyvəndləmə də buraya daxil edilmişdi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə peyvənd strategiyasını hazırlayan ilk ölkələrdən olduq. Məhz bu strategiya çərçivəsində ölkəmiz hazırda peyvəndi alan ilk ölkələrdən biridir”.

Bunu REAL-ın efirində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov dilə gətirib.

Deputatın sözlərinə görə, bu gün ölkəmiz vaksinasiyanın ikinci mərhələsindədir:

“Peyvənd seçiminə gəldikdə, əsas qarşımızda duran tələblərdən biri peyvəndin effektivliyi və təhlükəsizliyidir. Peyvənd proqramı yalnız vaksindən ibarət deyil. Peyvəndin düzgün idarə olunması, çatdırılması, saxlanması, həyata keçirilməsi çox önəmli məsələlərdir.

Azərbaycanın seçərək tətbiq etdiyi Çin istehsalı olan “Sinovac” peyvəndi həm effektivliyinə, həm təhlükəsizliyi, həm peyvəndin idarə olunması, çatdırılması, saxlanması, vurulması qaydalarına görə digər vaksinlərdən üstündür.

ÜST-ün ilkin olaraq qeydiyyata aldığı vaksin də məhz “Sinovac”dır.

Peyvənd heç bir genetik dəyişikliyə gətirib çıxarmayacaq. Bu vaksin insanda anticismlər əmələ gətirir və onu yoluxmadan qoruyur”.



REKLAM