sehiyye.info

Xoşbəxtlik hormonunu sağlam yolla necə artıraq?

Xoşbəxtlik hormonunu sağlam yolla necə artıraq?
Özünüzü hər gün sol tərəfdən oyanmış kimi hiss edirsiniz?
Yaşadığımız hansısa bir hadisəyə, dava etdiyimiz bir insana görə neqativdüşüncəli, bədbəxt və əsəbi oluruq.

Sehiyye.info xəbər verir ki, bəzən də heç bir səbəb olmadan özümüzü xoşbəxt hiss etmirik. Bu yerdə bizə xoşbəxtlik hormonunu qaldırmaq lazımdır.

Xoşbəxtlik hormonlarını qaldırmaq heç də çətin deyil.

Bu sizi həm gənc, həm də sağlam saxlayacaq

Xoşbəxtlik hormonu nədir və necə yaranır?

Xoşbəxtlik hormonu beyində sinirlər arasında axım növüdür. Bu daim çalışaraq xoşbəxt və rahat hiss etməyimizə yardımçı olur. Bu gözəl hormonun ən təəccüblü yönü isə odur ki, onun yüzdə 80 faizi bağırsaqlarda yaranır. Serotonin hormonu da adlandırılan xoşbəxtlik hormonu çox olanda yuxusuzluq, az olanda isə çox yatmaq halı yaşanır.

Xoşbəxtlik hormonunu heç bir dərman istifadə etmədən necə artırmaq olar?

Stress yaradan hormonumuzu nəfəsalma ilə idarə edə bilərik. Qarnı içəri çəkib çölə vuraraq yavaş-yavaş nəfəs almaqla, stressimiz azala bilər. Yemək yeyərkən onu çox çeynəmək də xoşbəxtlik hormonuna müsbət təsir edir. Spirtli içki, şəkər və çox kofein tərkibli qidalardan uzaq olaraq qaraciyərimizi sağlam saxlaya və serotonu çox ifraz etməsinə yardımçı ola bilərik.

İdman edərkən nə cür gəldi hərəkətlər etməyin. Bədəninizin zövq alacağı hərəkətlər edin. Ən çox sevdiyiniz idman hərəkətlərini edərək həm çəki ata, həm də xoşbəxt olacaqsınız.

Çalışın brokolli, kələm, balqabaq, avokado, lobya çox yeyəsiniz. Çünki onlar da xoşbəxtlik hormonunu artırır.(axşam.az)



REKLAM