sehiyye.info

Sloveniya "Johnson & Johnson" peyvəndindən imtina edib

Sloveniya "Johnson & Johnson" peyvəndindən imtina edib
Sloveniyada gənc qızın vaksin edildikdən sonra öldüyü üçün "Johnson & Johnson" peyvəndinin istifadəsini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Sloveniya Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.

Nazirliyin məsləhətçi qrupun üzvləri vəziyyət aydınlaşana qədər bu vaksinin istifadəsini dayandırmağı tövsiyə edib.

Bundan əvvəl amerikalı aktyor, komediyaçı və rejissor Kris Rok "Johnson & Johnson" dərmanı ilə vaksin edildikdən sonra koronavirusa yoluxduğunu söyləmişdi.



REKLAM