Zoğal mürəbbəsinin faydası
Qışın ən sevimli məhsullarından biri mürəbbələrdir. Təbii meyvələrdən hazırlanan mürəbbələr bir növ vitamin xarakteri daşıyaraq orqanizm üçün faydalıdır. Bazardan alınan bütün məhsulların keyfiyyətindən əmin olmadığımız üçün evdə də hazırlıq görmək və növbənöv mürəbbələr bişirmək hər cəhətdən kömək olur.
Qışda qrip geniş yayılan zaman xüsusilə də qızdırma olduqda zoğal mürəbbəsi ilə çay içmək qızdırmanın düşməsinə və tərləməyə kömək edir. Zoğal mürəbbəsi məhz qış üçün xarakterikdir.
Onun tərkibi C vitamini ilə zəngindir. Bu mürəbbə soyuqdəymə zamanı effektli olduğu kimi mədədə ağrı olan zaman da ağrıkəsici vasitə kimi istifadə oluna bilər. Bundan başqa zoğalın boğaz ağrısı üçün faydası mürəbbə halından əlavə onu meyvə şəklində əzərək içərisinə şəkər tozu qatıb soyuducuda saxlamaq olar. Hazırlanmış bu tərkibi qaynar suya töküb qarışdırmaq və içmək boğaz ağrısının dərmanıdır.
Zoğal mürəbbəsinin hazırlanması üçün 1 kq zoğala 1,2, 1.3 kq şəkər tozu və 2 stəkan su lazım olur. Şəkər tozu ilə sudan şərbət hazırlanır və meyvənin üzərinə tökülür. Bir gün öncədən zoğalı şəkər tozunda saxlamaq və səhır su töküb bişirmək olar.
Zoğal insan orqanizmi üçün çox faydalıdır, ürək xəstəliklərinə qarşı xeyirlidir, ishalı aradan qaldırır o cümlədən çəkini azaldır. Bütün bu müsbət keyfiyyətləri nəzərə alaraq zoğalı həm də adi meyvə kimi yemək lazımdır.