sehiyye.info

ÜST rəhbərindən KRİTİK AÇIQLAMA: "Delta" ştammı qısa zaman kəsiyində...

ÜST rəhbərindən KRİTİK AÇIQLAMA: "Delta" ştammı qısa zaman kəsiyində...
"Delta" ştammı hazırda 104-dən çox ölkədə aşkarlanıb. Qısa zaman kəsiyində dünyada dominant variant olacağını gözləyirik"

Sehiyye.info xarici mətbuata istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının “Hindistan ştammı” bu ölkədə ötən ilin oktyabrında aşkarlanıb. Sonradan onun yeni növləri müəyyən olunub. “Delta” ştammının mutasiyaya uğraması davam edib. Nəticədə “Delta plyus” növü də yaranıb. Mütəxəssislər bildiriblər ki, “Delta plyus” “Delta” ilə bənzərdir. Amma onunla müqayisədə yoluxma qabiliyyəti daha yüksəkdir. Rusiyada da koronavirusun “Delta plyus” ştammına yoluxma faktı qeydə alınıb.



REKLAM