sehiyye.info

ÜST-dən koronavirusun “yota” ştammı ilə bağlı açıqlama

ÜST-dən koronavirusun “yota” ştammı ilə bağlı açıqlama
ABŞ-da əldə olunan ilkin məlumatlar koronavirusun “yota” variantının ciddi fəsadlara səbəb olmadığını deməyə əsas verir.

Bunu Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya Van Kerkhove brifinq zamanı bəyan edib.

O, adıçəkilən ştammın sürətlə yayılmadığını da bildirib.

Təşkilat rəsmisi “yota”nın daha çox ABŞ-da müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda bu ştamma yoluxma sayı “delta” variantı tərəfindən sıxışdırılaraq azalır.



REKLAM