sehiyye.info

Nyu-Yorkda 12 min COVID ölümünün gizlədildiyi üzə çıxdı

Nyu-Yorkda 12 min COVID ölümünün gizlədildiyi üzə çıxdı
Nyu-Yorkun qalmaqallı qubernatoru Endryu Kuomonun istefasından sonra onun vəzifəsini icra edən müavini Keti Hoçul ştat ərazisində koronavirusdan ölənlərin sayının 43 400 deyil, 55 400 olduğunu bəyan edib.

O, MSNBC-yə verdiyi müsahibədə hazırda ölüm halları ilə bağlı daha ətraflı məlumatın dərc edildiyini, onların xəstəliyə nəzarət və profilaktika mərkəzlərinin məlumatları ilə üst-üstə düşdüyünü bildirib.

Qeyd edək ki, Endryu Kuomo öz əməkdaşlarına qarşı cinsi zorakılıq və təcavüzdə ittiham olunduğu üçün vəzifəsindən istefa verib. Hazırda sözügədən hallarla bağlı istintaq aparılır.//oxu



REKLAM