sehiyye.info

Nyu-Yorkda 5293 şübhəli ölüm qeydə alınıb

Nyu-Yorkda 5293 şübhəli ölüm qeydə alınıb
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirusun ən çox ziyan vurduğu Nyu-Yorkda 5 mindən çox insanın ölüm səbəbinin qeydlərdə müəyyən edilmədiyi üzə çıxıb.

Sehiyye.info "CNN Türk"ə istinadla xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən 11 mart-2 may tarixləri arasında Nyu-Yorkda ölənlərin sayını araşdırıb.

Tədqiqat zamanı bu tarixlər arasındakı 24172 ölümdən 18879-nun COVID-19-la birbaşa və ya dolayı yolla əlaqəli olduğu müəyyən edilib.

Məruzədə bildirilir ki 5.293 ölümün virusla əlaqəli olub-olmadığı bilinmir: "Bu əlavə ölümlərin COVID-19-la birbaşa və ya dolayı əlaqəsi olub-olmadığı bilinmir və əlavə araşdırma tələb olunur."Publika.az



REKLAM