Səhiyyə nazirinin müavini COVID-19-a görə naziri günahlandırıb istefa verdi
Son həftələrdə İranda COVID-19-a yoluxma son 9 ayda ilk dəfə olaraq pik həddə çatıb. Virusdan ölənlərin sayı 43 min, ümumi yoluxanların sayı isə 900 mindir.
İran səhiyyə nazirlinin müavini Rza Mələkzadə, səhiyyə naziri Səid Nemekini yeni növ koronavirüs (COVID-19) epidemiyasını pis idarə etməkdə və çox sayda ölümə səbəb olmaqda günahlandıraraq istefa edib.
İSNA agentliyi sosial media hesabında Mələkzadənin istefasını təsdqiləyib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, səhiyyə naziri Nemeki bir gün əvvəl Mələkzadəni COVID-19 virusuna görə yanlış proqnozlarda günahlandırıb.
Qeyd edək ki, son həftələrdə İranda COVID-19-a yoluxma son 9 ayda ilk dəfə olaraq pik həddə çatıb. Virusdan ölənlərin sayı 43 min, ümumi yoluxanların sayı isə 900 mindir.//sputnik