Porno saytlara giriş üçün pasport tələb olunacaq
Avstraliyada porno saytlara girişlə bağlı yenilik tətbiq ediləcək.
“Haber Global”ın məlumatına görə, yetkinlik yaşına çatanlar üçün müvafiq kontentin olduğu saytlara daxil olmaq yalnız rəqəmsal pasport vasitəsilə mümkün olacaq.
Yeniliyin məqsədi azyaşlıları onlara mənfi təsir edə biləcək materiallardan qorumaqdır.
Qeyd edək ki, Avstraliya onlayn statistika bürosunun məlumatına əsasən, son illərdə ölkədə porno saytların izlənmə səviyyəsi iki dəfədən çox artaraq rekord həddə çatıb. İzləyicilərin əksəriyyətinin kişi olduğu bildirilib.//oxu.az