Şok hadisə,qadınları ginekoloji müayinə zamanı videoya çəkirmişlər.
Rusiyanın Kalininqrad şəhərində şok hadisə yaşanıb.Belə ki,qadınları müayinə edən ginekoloqun otağındakı kameralar bütün prosesi çəkirmiş.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki,məsələnin üstünü pasientlərdən biri açıb.Natalya adlı pasirent ginekoloji masada olarkən təsadüfən kameranı aşkarlayıb və öz telefonu ilə çəkib.Bundan sonra o,müayinədən etiraz edib və hüquq mühafizə orqanlarına müraciət edib.Rusiya Prokurorluğu dərhal klinikada yoxlamalar aparıb və istintaq işləri aparır.Müstəntiqlər araşdırma zamanı müəyyən ediblər ki,bu kameraya üç nəfərin nəzarət etməsi və baxması mümkündür.Hazırda digər məsələlər araşdırılır,eləcə də video görüntülərin internetə,porno saytlara yerləşdirilməsi ilə bağlı araşdırma gedir.Prokurorluqun mətbuat xidmətindən verilən məlumata görə şübhəlilərin günahı öz təstiqini taparsa,onları həbs gözləyir.