Hindistanda yoluxma rekord həddə çatıb.
Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyinin 1 May tarixli məlumatında deyildiyi kimi, son bir gündə Hindistanda rekord sayda yeni koronavirus infeksiyası hadisəsi aşkar edilmişdir - 401.993.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, bütün epidemiya dövründə Hindistanda 19.164.969 nəfər xəstələndi.
Son 24 saat ərzində ölənlərin sayı 3.523 ,ümumilikdə isə 211.853-ə çatıb.