sehiyye.info

Türkiyədə vaksinasiya qeyri-adi üsulla təbliğ edilir - FOTO

Türkiyədə vaksinasiya qeyri-adi üsulla təbliğ edilir - FOTO
Türkiyənin Zonquldak vilayətində koronavirusa qarşı vaksinasiyanın təbliği məqsədilə qeyri-adi üsula əl atılıb.

“Haber Global” bildirir ki, bunun üçün yollardakı işıqforlardan istifadə olunub. Belə ki, yol tənzimləyicisinin işıqları üzərinə “Peyvənd ol, sağlam qal” şüarı vurulub.

Yerli bələddiyyə üzvləri bu addımı insanların diqqətini koronavirusa qarşı peyvənd olunmanın vacibliyinə yönəltmək məqsədilə atdıqlarını bildiriblər.//oxu



REKLAM