sehiyye.info

Yəməndə hər 10 dəqiqədə 1 uşaq ölür

Yəməndə hər 10 dəqiqədə 1 uşaq ölür
Yəmənin Səhiyyə Nazirliyi 4 ildən artıq müddətdir davam edən Yəmən müharibəsində hər 10 dəqiqədə bir uşağın öldüyünü bildirib.

Sehiyye.info Deyerler.orga istinadən xəbər verir ki, Yəmən Səhiyyə Nazirliyi tərəfindən hazırlanan hesabatda, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı təcavüzlərində bu günə qədər 100 mindən çox vətəndaşın əlil olduğu qeyd olunub.

Nazirlik Səudiyyə koalisiyasının Yaxın Şərqin ən yoxsul ölkələr siyahısının ilk sıralarında yer alan Yəmənə hücumları nəticəsində 5 yaşından kiçik ən azı 2.3 milyon uşağın qida təhlükəsizliyi yaşadığını və hər 10 dəqiqədə bir uşağın qeyri-kafi qidalanma səbəbiylə həyatını itirdiyini açıqlayıb.




REKLAM