İranda hәr 1 saatda 43 nәfәr koronavirusa yoluxur
İranda hәr 1 saatda 43 nәfәr yeni koronavirusa (COVID-19) yoluxur.
Sehiyye.info xəbər verir ki, bu barədə İranın sәhiyyә nazirinin müavini İrәc Hәrirçi İranın şimal-qәrbindә yerlәşәn Qәrbi Azәrbaycan vilayәtinin Urmiya şәhәrindә jurnalistlәrә açıqlamasında deyib.
İ.Hәrirçinin sözlәrinә görә, yoluxma bu virusun epidemioloji gücünü göstәrir. Hәrirçi әlavә edib ki, bundan әlavә araşdırmalara әsasәn İranda hәr 1 saatda 3 şәxs virus nәticәsindә dünyasını dәyişir.
"Tibbi tövsiyәlәrә etinasızlıq virusun İranda yayılmamasının әsas sәbәbidir. Vәtәndaşlar izdihamlı mәkanlardan uzaq qalaraq ölümlәrә sәbәb olmamalıdırlar. Vәtәndaşların etinasızlığı tibb işçilәri vә hәkimlәrin virusa yoluxması vә bәzi hallarda ölmәsi ilә nәticәlәnir", - deyә o qeyd edib.
Әlavә edәk ki, İranın Qәrbi Azәrbaycan vilayәtindә bu günәdәk 300 nәfәr koronavirusa yoluxub vә virus nәticәsindә 17 nәfәr ölüb.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib