Market ərzaqlarında palma yağının olmasını belə yoxlayın – … Yağ, xama, pendir
Ərzaqda çox miqdar palma yağı insan orqanizminə ziyandır.
Bu gün marketlərdə olan süd və yağ tərkibli 80% ərzaqların tərkibində palma yağı var.
Palma yağı təkcə qidada yox, kosmetik məhsullar, bəzi texniki istehsalatda da ucuz olduğu üçün istifadə edilir.
Qida məhsullarına ucuz palma yağının bir təsiri də onların saxlanma müddətini uzatmasıdır.
Sfera.az xəbər verir ki, süd məhsulları, yağ və dondurma, şokoladın tərkibində ancaq təmiz heyvani yağlar olmalıdır.
Onların ucuz olması üçün də palma yağından istifadə edilir. Hətta qarğıdalı, günəbaxan yağı da yox, ancaq palma yağı. Ya da yağlar faiz nisbətilə qarışdırılır.
Məhsulda palma yağının olması mütləq etiketdə yazılmalıdır, amma istehsalçılar çox zaman bunu gizlədir.
Bəs aldığımız məhsulu özümüz necə yoxlaya bilərik?
Qeyd edək ki, qiyməti daha ucuz olan ərzaqlarda 90% palma yağı olur.
Əgər məhsulun saxlanma müddəti 3 aydan yuxarı göstərilirsə, onda palma yağı var. Ancaq bərk, əriməyən, texniPendirki palma yağı qida məhsulunun formasını, rəngini, tamlığını belə saxlaya bilər.
Dondurma - dondurmanı əlinizə, ovcunuza sürtün, palma yağı varsa, ovucda plyonka kimi iz qalır.
Kərə yağı - kərə yağının tərkibində ancaq süd və qaymaq olmalıdır. Kərə yağını otaqda qoyun, o gec əriyəcək və palma yağı varsa, paketin altında, yağın üzərində nəm damlaları əmələ gələcək, sanki yağ tərləyib.
Xama - təbii olan soyuducuda bərkiyir, palma yağı ilə olan isə elə yumşaq qalır. Onu salatlara qatanda salat daha şux olur. Təbii xama isə sulanır.
Pendir - gün altında qoyanda əriyir, palma yağı ilə olan isə əksinə quruyur.
medicina.az