sehiyye.info

Palma yağı ziyanlıdır –Azərbaycanda bu yağın hansı məhsula vurulduğu niyə açıqlanmır?

Palma yağı ziyanlıdır –Azərbaycanda bu yağın hansı məhsula vurulduğu niyə açıqlanmır?
Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Faruk Çelik, yazılı açıqlamasında, müxtəlif mətbuat orqanlarında palma yağının insan sağlamlığı üzərində mənfi təsirləri olduğuna dair informasiyaların yer aldığını xatırladaraq, bu xəbərlərlə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq məqsədilə açıqlama etməyə ihtiyac duyduqlarını bildirib.

"Marja" xəbər verir ki, Türkiyədə palma yağına dair qanunvericiliyin "Türk Ərzaq Kodeksi" ilə müəyyən olunduğunu qeyd edən Faruk Çelik, "Kodeks milli və beynəlxalq elmi araşdırmalar və faktlar əsasında hazırlanmışdır. Sözügedən kodeksdə palma yağının tərkibində olması lazım olan fiziki və kimyəvi xüsusiyyətlər yer alır. Nazirliyimiz bu məsələdə hər cür nəzarəti aparır. Palma yağı bütün dünyada qida sənayesində geniş şəkildə istifadə edilir" – ifadələrini istifadə edib.

"LAZIMI İNZİBATİ TƏDBİRLƏR GÖRÜLƏCƏK"

"Bəzi məhsullar ilə bağlı mətbuatda yer alan xəbərlərdən sonra Türkiyədə palma yağı istifadə edilən məhsullar mövzusunda elmi araşdırma aparılmasını tapşırdığını deyən Çelik, bunları qeyd edib: “Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq və elmi faktlar işığında lazımi inzibati tədbirlər görüləcəkdir. Ərzaq məsələsində istehlakçı sağlamlığını ən yüksək səviyyədə qorumaq əsas məqsədlərimiz sırasındadır. Bu məsələdə hər cür narahatlıq və həssaslıqları nəzərə alaraq üzərimizə düşən vəzifələri qüsursuz yerinə yetirməyə davam edəcəyik".



REKLAM