Yəhudi alimlərdən peyvəndlər haqqında ŞOK İDDİA - VİDEO
“Pfizer/BioNTech” peyvəndinin ilk dozasının düşünüləndən daha az təsirli olduğu iddia edilir.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin koronavirusla mübarizə üzrə koordinatoru Naçman Aş tək doza “Pfizer/BioNTech” peyvəndinin ümid olunduğundan daha az qoruma təmin edə biləcəyini deyib. “The Guardian”dakı xəbərlərə görə, infeksiyaya yoluxma sayındakı artım ölkənin inkişaf etmiş peyvənd proqramı ilə bağlı nikbinliyi azaldır.
İsrailin Tel Haşomerdəki Şeba Tibb Mərkəzi tərəfindən yayımlanan məlumatlarda isə bildirilib ki, ikinci doza “Pfizer” peyvəndi qəbul edənlərin antikorlarında 6-12 qat artım olub. İsrail Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Xidmətləri sədri Şeron Alroy-Preis bunun vaksinasiya olunmuş insanlarda virusa məruz qalmazdan əvvəl bədənlərində kifayət qədər antikorun olmaması ilə əlaqəli olduğunu açıqlayıb.
Qeyd edək ki, “Pfizer” peyvəndinin bir dozasının təxminən 52 faizinin təsirli olduğu bildirilir. İngiltərə kimi bəzi ölkələr ilk doza vurulan insan sayını artırmaq üçün peyvəndin ikinci dozasını tətbiq etməyi təxirə salıb.//publika