sehiyye.info

Baş pediatrdan XƏBƏRDARLIQ: “Uşağa boş yerə dərman içirməyin”

Baş pediatrdan XƏBƏRDARLIQ: “Uşağa boş yerə dərman içirməyin”
Uşağa boş yerə dərman içirməyin bir mənası yoxdur.

Sehiyye.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov nazirliyin rəsmi instagram hesabında baş tutan canlı yayımda deyib.

“Uşaqlarda immunitet” mövzusunda danışan həkim bildirib ki, uşaqlar zaman keçdikcə qarşılaşdığı xəstəliklərə qarşı immunitet qazanır.

“İmmunitet bədənimizin xaricdən gələn viruslara qarşı verdiyi bir cavabdır, bir növ bizim qoruma mexanizmidir. Yeni doğulan uşaqda əgər hər hansı problem yoxdursa, var olur, sadəcə getdikcə təkminləşir. Ağ rəngli qan hüceyrələri isə xüsusi immunitet sayılır. Onların elə növləri var ki, ifraz etdiyi bəlli maddə və cisimciklər özü mikrobları öldürür, bəziləri bilavasitə özü bu mikroblara qarşı savaşır.

İmmunitet anadangəlmə və sonradan qazanılır. Plasenta və ana südü vasitəsilə anadan keçən qoruyucu hüceyrələr uşağı qoruyur. Buna passiv immunitet deyilir. Odur ki, yeni doğulmuş uşaqlar üçün ən vacib qida növü ana südüdür. Bilirik ki, 3-6-a qədər uşaqlar demək olar ki, çox xəstələnmirlər. Bu, ana südündən uşaqlara keçən qoruyucu hüceyrələrin hesabına baş verir.


İmmunitet eyni zamanda getdikcə inkişaf edən bir sistemdir. Bu sistemdə anadangəlmə bir qüsur və ya hər hansı ciddi bir xəstəlik yoxdrusa, qəbul etdiyimiz dərmanlarla bağlı immunitetdə azalma olmursa, uşaqlarda immunitet artırmaq deyə bir qavram yoxdur. İmmunitetlə bağlı iki problem var. İmmunitetin yetərli reaksiya verməməsi və artmış forması. Analizlər aparmadan uşaqda immunitetin azaldığı diaqnozunu qoymaq tibbi baxımdan doğru deyil. Əgər bir uşaqda immunoqlobinlər həqiqətən aşağıdırsa, qoruma sistemi yaxşı işləmədiyi üçün xəstəyə ayda bir dəfə immuniqlobinlər verə bilərik. Lakin həkim tövsiyəsi olmadan vitamin kompleksi vermək çox vacib məsələdir.

Müasir dövrdə normal qidalanan uşaqda vitamin çatışmazlığının olması nadir hadisədir. Adətən normal böyüyən uşaqlara hər hansı vitamin əlavəsi tövsiyə olunmur. Elmi sübutlu cavab verəcəyəm. Vitaminlərin immuniteti artırdığına dair elmi əsaslar yoxdur. Qış aylarında multivitaminlərin verilməsi immuniteti artırmır, ən yaxşı ehtimalla zərərsizdir. Lakin səbəbsiz yerə orqanizmi dərmanlarla yükləmək allergik reasksiyalara səbəb ola, digər problemlərə də yol aça bilər. Bu baxımdan, həkim nəzarəti olmadan multivitaminlərin verilməsini tövsiyə etmirəm. Ümumiyyətlə, vitamin çatışmazlığı yoxdursa, uşağa boş yerə dərman içirməyin tibbi bir mənası yoxdur”.//publika



REKLAM