sehiyye.info

Peyvənd olunanların hamısında immunitet yaranıb

Peyvənd olunanların hamısında immunitet yaranıb
“Rusiyanın COVID-19 əleyhinə peyvəndini sınaqdan keçirmiş bütün könüllülər koronavirusa qarşı immunitet əldə ediblər”.

Bu barədə “RİA Novosti”yə M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Dərmanların Kliniki Tədqiqi Mərkəzinin rəhbəri Yelena Smolyarçuk məlumat verib.

Onun sözlərinə görə görə, immunitet, adətən, sınaqdan bir neçə gün sonra müşahidə olunur.

“Bu, peyvəndə fərdi reaksiyadan asılıdır”, - deyə, o bildirib.

Mütəxəssisin sözlərinə görə, üç həftədən sonra, immun sistemin reaksiya verdiyi zaman maksimum qoruma meydana gəlir. Ancaq peyvənddən sonra immunitetin nə qədər davam edəcəyini söyləmək hələ çətindir. Bu sualın cavabını alimlər klinik tədqiqatın növbəti mərhələsindən sonra tapacaqlar.//Oxu



REKLAM