Vaksinasiyadan sonra kütləvi immunitet nə vaxt yaranacaq?
Revaksinasiyadan 40 gün sonra insanda immunitet tam formalaşacaq. Bu immunitetin dayanıqlılığı 3 ay ərzində davam edəcək, 3 aydan sonra 6 ay ərzində tədricən zəifləməyə başlayacaq. Odur ki, koronavirusun zəifləməsi üçün 6 ay sonra yenidən peyvənd vurdurmağa ehtiyac yarana bilər”.
Ekspert onu da bildirib ki, vaksinin effektivliyi hər kəsdə özünü müxtəlif cür göstərəcək:
“Bir qrup insanda güclü immunitet formalaşsa da, digər qrupda nisbətən zəif immunitet formalaşa bilər və ya immunitetin heç formalaşmamaq ehtimalı da var.
Kütləvi immunitetin qazanılması üçün cəmiyyətin təqribən 60-70 faizi vaksinasiyaya cəlb olunmalıdır. Bu proses bir neçə ay çəkəcək, bundan sonra əhalinin əksəriyyəti infeksiyaya qarşı immunitet qazanacaq. Peyvəndlənmədən sonra kütləvi immunitetin necə inkişaf edəcəyi müvafiq araşdırmalarda özünü göstərəcək”.(publika)