Qatıq və karbonat(soda) maskası
Dəri ləkələrinə karbonat(hamımızın tanıdığımız soda) maskasıyla yenilik gətiririk. Artıq hər kəs tərəfindən bilinən bir gerçək var; dəri ləkələri üçün ən əhəmiyyətli həll karbonat maskası. Süzmə qatıq ya da normal qatıq içinə qoyulan bir çay qaşığı karbonatın nələrə qadir olduğunu bilmək istəyirsinizmi?
Sizin də dəriniz yorğun, üzünüz ləkəli və çil ilə doludursa mütləq karbonatlı qatıq maskası tətbiq edin. Karbonatın faydaları çoxdur, amma ləkəli dəri üçün faydalarını saymaqla bitməz.
Üzümdə çil var, günəş ləkələri, qəhvəyi ləkələr, sızanaq izləri, qara nöqtələr və rəng tonu fərqlilikləri var, dərimin rəngini necə aça bilərəm deyə dərd etməyin, axıradək oxuyun.Evdə dəri rəngi necə açılır?
Üzdə olan doğum ləkələrini açacaq, ləkələri aradan qaldıracaq təbii ev istehsalı karbonat maskası.
Bu maska dərinizi parladacak. Yeniləyəcək.
Bəs qatıq karbonat maskası hər dərdə dərmandır desəm,inanarsız?
Mən də tez-tez karbonat maskası edirəm. Dərim çox həssasdır. Xüsusilə günəş qoruyucu istifadə zamanlarda dərhal çillər və günəş ləkələri meydana gəlir. Təəssüf ki, mənim kimi ləkələnmələri uyğun dərilər ömür boyu günəş qoruyucusundan istifadə etmək məcburiyyətindədirlər.
Mənim tövsiyəm budur ki,qorxmadan həftədə 1 dəfə karbonat maskası tətbiq edin. Bəs karbonatlı qatıq və qarğıdalı unu maskası necə düzəlir?
Maskanın tərkibi:
Çox sadə sevimli xanımlar. Bir yemək qaşığı qatıq, bir çay qaşığı karbonat və bir desert qaşığı qarğıdalı unu(marketlərdə var) qarışdırılır. Karbonat sayəsində qarışığın qabardığını görəcəksiniz. Bu normaldır.Maskanı təmiz bir dəriyə, maska fırçası köməyi ilə göz və dodaq kənarları xaric çəkmək lazımdır. Dəri ləkəsi, sızanaq izi olan nöqtələrə sıx olaraq tətbiq edə bilərsiniz.
Üzünüzdə yara, iltihablı sızanaq və uçuq kimi açıq yaralar varsa maskanı çəkməyin,inanın çox yandıracaq.
Maskanı yalnız tünd ləkələrinizin ya da rəngini açmaq istədiyiniz dərinizin üzərinə də çəkə bilərsiniz. Dəriniz həssas və həddindən artıq quru isə maskanı üzünüzdə ən çox 3 dəqiqə saxlaya bilərsiniz. Çox yağlı və qarışıq bir dəriniz varsa maska quruyana qədər qala bilər. Sonrasında barmaq uçlarımızı isladaraq maskanı peeling texnikası ilə üzümüzə çəlirik. Dərimiz üst ölü dərini atacaq. Təmizlənəcək və qara nöqtələrimiz də bu maska sayəsində yox olacaq.
Maskadan sonra üzümüzü ilıq su ilə yumaq,ardıyca da buz kimi olmamaq şərtilə soyuq suda təravətləndirmək lazımdır. Soyuq su üzümüzü daha gözəl olmasını təmin edir, sevimli xanımlar. Mənim sizə tövsiyəm: üzünüzü əvvəl ilıq su + dəri tipinizə uyğun üz yuma geli ilə yuyun. Son əməliyyat olaraq soyuq su ilə yuyun.(qadın.net)