sehiyye.info

Dərinizi cavanlaşdırır, qırışları açır - İnanılmaz vasitə

Dərinizi cavanlaşdırır, qırışları açır - İnanılmaz vasitə
Qoz yalnız dadlı və faydalı çərəz deyil. Ondan üz dərisinin cavan və sağlam qalması üçün maska kimi də istifadə etmək mümkündür. Bu maskanı yaxşı olardı ki, 2 həftə boyunca həftədə bir dəfə tətbiq edəsiniz.

Qozun tərkibində dərini qidalandıran, nəmləndirən bir sıra maddələr mövcuddur. Onun tərkibində bol miqdarda dəmir, fosfor, kalsium, maqnezium, A, B, E və P vitaminləri var.
Sehiye.info medicina.az-a istinadən təqdim etdiyi qoz maskası dərini qidalandırır, tonuslaşdlrlr, vitaminlərlər təmin edir, hamarlaşdırır, həmçinin də təmizləyir.

Resept:

• 1 x/q xırdalanmış çiy qoz
• 1 x/q bal
• 2 x/q zeytun yağı

HAZIRLANMASI:

1. Təxminən 4-5 ədəd qozu təmizləyin. Onları xırdalayaraq sıyıq halına salın.

2. Daha sonra alınan kütləni 1 x/q bal ilə qarışdırın.

3. Qarışıma 2 x/q zeytun, badam və ya kətan yağı əlavə edin. Sadalanan bitki yağlarını yağlı xama ilə də əvəz etmək olar.

4. Yaxşıca qarışdırdıqdan sonra eyni qalınlıqda üzünüzə çəkin.

5. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü isti su ilə yuyun. Daha sonra isə mineral su ilə yaxalayın.



REKLAM