sehiyye.info

“Dəri orucu” nədir?

“Dəri orucu” nədir?
Yeni dəriyə qulluq trendinə əsasən sağlam bir dəriyə sahib olmaq üçün 3 həftə dəriyə qulluq məhsulların uzaq durmaq lazımdır.

Sehiyye.info Metbuat.aza istinadla bildirir ki, yapon dəriyə qulluq mərkəzi “Mirai Klinikal” tərəfindən tətbiq olunan bu üsula “dəri orucu” deyilir. Bu tətbiqə əsasən 3 həftə müddətində dəriyə hər hansı bir qulluq vasitəsi və makiyajın tətbiq olunmaması tələb olunur. Bunun səbəbi isə dərinin yenidən yağ istehsal etməsini təmin etməkdir.
Dermatoloq Liv Kraemer bu trendi dəstəklədiyini bildirərək “dəriyə heç qulluq etməmək nə qədər pisdirsə, həddindən çox qulluq da o qədər zərərlidir. Çünki bu mikrobiyomları dayanıqsız hala gətirə və dəri səddini dağıtma, sızanaq və qızartı kimi dəri xəstəliklərinə səbəb ola bilər.

Bu üsul sayəsində dəri səthi köhnə görünüşünə qayıdır və dəri oksigen qazanmış olur.

“Dərinin oruc tutması”nın əhəmiyyətli bir hissəsi də daxildən qidalanmadır. Gül kələm, ispanaq kimi qidalardan istifadə həm bağırsaqlara, həm də dəriyə faydalıdır.



REKLAM