sehiyye.info

Litvada qızılca virusunun yayılması təhlükəli həddədir

Litvada qızılca virusunun yayılması təhlükəli həddədir
Litvada qızılca epidemiyası yayılmaqdadır.

Sehiyye.info AZƏRTAC a istinadən xəbər verir ki, virusun əlamətləri Vilnüs və Kaunasın ən populyar turistik məkanlarında da özünü göstərir.

Ötən həftənin axırları yaşlılar arasında 251nəfərdə yoluxma aşkar edilib. Epidemiyaya yoluxaraq xəstəxanaya yerləşdirilənlər arasında 79 uşaq da var. Aprelin 5-dək 397 nəfərdə qızılca aşkar edilib.

Litva İnfeksiya Xəstəliklər və QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Saulyus Çaplinskasin dediyinə görə, yoluxanların sayının artacağı ehtimalı var. Sərhədlərin açıq olması epidemiyanın Polşa və Ukrayna ərazilərinə də yayılması ehtimalını artırır.



REKLAM