sehiyye.info

Kabus qayıdır! Şəhərlər qapanır – üçüncü doza vurulacaqmı?

Kabus qayıdır! Şəhərlər qapanır – üçüncü doza vurulacaqmı?
Sehiyye.info xəbər verir ki, koronavirus epidemiyasında yeni bir dönüş nöqtəsi baş verir. Sürətlə yayılan yeni mutasiya şəhərləri qapatmağa başlayıb.Yeni müəyyənləşdirilən “Delta Plus” variantı isə panikanı daha da artırıb. Təkcə Hindistanın Maharaştra vilayətində 16 min xəstədə bu virus aşkar edilib. İngiltərədə də bu xəstəlik sürətlə yayılır. Portuqaliyanın paytaxtı Lissabonda, Rusiyanın paytaxtı Moskvada qapanma tədbirləri görülür.

Əhalisinin əksəriyyəti peyvənd edilən İsraildə belə bu mutasiya ilə bağlı narahatlıq hiss edilir, əhaliyə xaricə səfərlər etməmək tövsiyə olunur.

“BioNTech” şirkətinin qurucusu Uğur Şahin isə mövcud peyvəndləri yeniləmək, ortaya çıxan virus növlərinə immuniteti artırmaq üçün, üşüncü dozanın vurulması zərurətinə hazır olmaq lazım gəldiyini, peyvəndin yeni variantlara qarşı təsirini daim analiz etdiklərini bildirib.



REKLAM