Bu ölkə ştammların episentri elan edildi - Virus SÜRƏTLƏ YAYILIR
Bu gün braziliyalı həkim Migel Nikolelis Braziliyanın, COVID-19-a səbəb olan və xəstəliyə nəzarət edilmədiyi halda mutasiya oluna biləcək SARS-CoV-2 virusunun yeni ştammlarının episentri olduğunu bəyan edib.
Sehiyye.info xəbər verir ki, həkim və neyrobioloq Migel Nikolelis, həmçinin ABŞ-ın Dyuk Universitetinin professorudur və “Scientific American” jurnalının tərtib etdiyi dünyanın ən böyük alimləri siyahısına daxildir.
M. Nikolelisin sözlərinə görə, Braziliya və ya Amazon variantı kimi tanınan ölkədə qeydə alınmış yeni ştamm, daha ötürücüdür, lakin onun ölümlə nəticələnəcəyi haqqında hələ ki, dəqiq məlumat yoxdur. Bu xəbərdarlıq əlamətidir, çünki ötürülmə mutasiya oluna və koronavirusun yeni növlərinin ortaya çıxmasına səbəb ola bilər. Təhlükə ondan ibarətdir ki, koronavirus Braziliyada sürətlə yayılır və gündə 70 mindən 80 minə qədər insanı yoluxa bilir, bu isə virusda inanılmaz sayda mutasiyalar yaradır.
Braziliyada COVID-19-un ötürmə sürəti 1,1 təşkil edib.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə ölkədə yoluxanların sayı 11,4 milyon nəfərdən çoxdur, 277 mindən artıq insan vəfat edib.//publika