Yevlaxda yük avtomobili kardioloq həkimi vurdu
Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, "Atiko" markalı yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən, Yevlax rayon sakini, 1956-cı il təvəllüdlü Mamedov Tahir Yolçu oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya aparılıb.
Onun həkim olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.